Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2020

Yəməndə ən böyük əsir mübadiləsi başlandı

Yəməndə 6 illik viranedici müharibənin başlamasından bəri ilk dəfə olaraq ən böyük əsir mübadiləsi baş tutub.
“Reuters”-in verdiyi xəbərə görə, BMT və Qırmızı Xaç Komitəsinin logistik təşkilatının nazərəti altında həyata keçən əsirlər mübadiləsi prosesi Ənsarullah tərəfindən əsir götürülmüş təqribən 1080 ərəbistanlı və sudanlı hərbçilərə şamil olur.
Əsirləri daşıyan ilk təyyarə artıq Ənsarullahın nəzarətində olan Səna hava limanından qalxmışdır.
Yəməndə istefa verərək ölkədən qaçmış Mənsur Hadiyə bağlı hökumət adamlarından biri Fransa mediasına mübadilə prosesinin başlandığını deyib.

Səna hava limanından yüzlərlə əsiri aparacaq digər bir təyyarə də istefa vermiş hökumətin nəzarətində olan Seyun hava limanına, habelə Ərəbistanın cənubunda yerləşən Abha aeroportuna enəcək.
Habelə, Ənsarullah qüvvələrinə aid əsirləri aparan təyyarələr Seyun aeroportundan Səna hava limanına tərəf uçublar. 

Əsirlərin işi üzrə komitənin sədri Əbdülqadir əl-Murtəza deyib: “İndiyədək Yəmən ordusu və xalq komitələrinə aid 360 əsiri gətirən 3 təyyarə Səna hava limanına enib və 2 saatdan sonra 4-cü təyyardə ilə digər 110 əsir gələcək.”

Komistə sədri vurğulayıb: “Səhər də Ədəndən Sənaya daha 200 əsir gələcək və biz də Sənadan 150 əsiri azad edəcəyik. Biz yeni razılaşma ilə bağlı müzakirələrə hazırıq. Ümidvarıq ki, bütün tərəflər bu humanitar planda iştirak edəcək.”

Əsirlərin dəyişdirilməsi Yəmən əleyhinə müharibə koalisiyasında tərkibində döyüşən iki amerikalının əsirlikdən azad edilməsindən sonra baş tutub. Eyni zamanda Omandan da bu ölkədə və bu ölkədən xaricdə əsir düşmüş yəmənlinin Sənaya qayıtması üçün Sənaya iki uçuş baş tutmuşdur.


538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP