Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2020

Qərbin bundan danışmağa haqqı yoxdur - İran

İllər boyu İran xalqının hüquqlarının pozulmasına göz yuman bəzi Qərb dövlətlərinin insan hüquqlarından danışmağa haqqı yoxdur.

Bu sözləri İranın məhkəmə hakimiyyətinin insan hüquqları üzrə katibi Əli Baqiri deyib. O bildirib ki, müasir dünyada insan hüquqları məsələsi siyasi təsir vasitəsinə çevrilib. Milli maraqlarını qoruyaraq siyasət yürüdən dövlətlərə qarşı insan hüquqlarının pozulması iddiası irəli sürülür. Halbuki, illər boyu İrana qarşı tətbiq edilən sanksiyalar insanların bütün hüquqlarını pozur. Lakin heç bir Qərb dövləti bir söz belə deyə bilmir.

Əli Baqiri bildirib ki, bəzi hallarda ağır cinayət törədən adamların həbsdən azad olunması tələb edilir. Casusluqda və digər ağır cinayətlərdə ittiham edilərək həbs olunan və günahı məhkəmə tərəfindən sübuta yetirilən insanların azadlığa buraxılması tələbi ikili standartlardan xəbər verir.

İnsan hüquqları ümumbəşəri dəyərdir və onun qorunması zəruridir. Lakin insan hüquqlarından siyasi təsir mexanizmi kimi istifadə etmək yolverilməzdir.


463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP