Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2020

Gəncədə ölənlərin sayı 13 nəfərə çatdı 06:05

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə  Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.


653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP