Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2020

Suriyada Amerika və Türkiyə arasında vəkalət döyüşü

Suriyanın “Elamul-hərbi” saytının verdiyi xəbərə görə, çərşənbə günü səhər saatlarında Amerikanın dəstəyi altında olan Suriya Demokratik Qüvvələri (kürd terrorçular) və Türkiyə dəstəyi altında olan Azad Suriya Ordusu terror qrupları arasında atışma olub.
Bu haqda Suriya müxalifətinə aid İnsan Haqları Təşkilatı da xəbər verərək bildirib ki, bu qarşıdurma ASO-nun Rəqqənin şimalında Eyn İsa məntəqəsinin Seyda kəndində yerləşən SDQ-nin mövqelərinə nüfuz etməyə cəhdinin ardınca baş tutmuşdur.
Müxalifətə aid təşkilat vurğulayıb ki, Amerika və Türkiyə arasında baş verən bu vəkalət döyüşündə ASO-dan 6 nəfər və SDQ-dən 5 yaraqlı ölüb.
Ötən ay da SDQ-nin Rəqqədəki mövqelərinə dəfələrlə hücum edilmişdi və nəticədə 4 kürd yaraqlısı ölmüşdü.
“SANA”-nın verdiyi xəbərə görə, sentyabrın ortalarında Amerikanın dəstəklədiyi kürd yaraqlılarının avtomobil karvanı yolunda quraşdırılmış bombanın partlaması nəticəsində iki yaraqlı ölmüşdür.


374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP