Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2020

Məhəmməd Əli Husi: Fransa səfirlərini ölkələrdən çıxarmaq lazımdır

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Yəmən Ali Siyasi Şuranın üzvü Məhəmməd Əli Husi deyib ki, İslam Peyğəmbərinə (s) hörmətsizlik olunmasına qarşı vahid mövqedən çıxış etməliyik.
O əlavə edib: “Biz Fransanın Rəsuli-əkrəmə (s) qarşı hörmətsizliyini pisləyirik. Fransada rəsmi tərəflərin birbaşa göstərişi sayəsində həyata keçən İslam Peyğəmbərinə (s) qarşı təhqirləri pisləmək üçün islami toplantı keçirilməlidir.”
Məhəmməd Əli Husi vurğulayıb: “Diplomatik heyətlər Fransanı tərk etməlidir və Fransa səfirləri ölkələrdən çıxarılmalıdır.
Müxtəlif qurumlar peyğəmbərlərə hörmətsizliyin cinayət kimi tanınması üçün qanun qəbul edilməsi istiqamətində BMT TŞ-na təzyiq göstərməlidir.”
Qeyd edək ki, Fransada çapdan çıxan jurnalların birində İslam Peyğəmbərinə (s) qarşı hörmətsizlik yer almışdır və bu ölkə prezidenti Emanuel Makron bunu söz azadlığı adlandırmışdı. Onun bu münasibəti dünyada Fransa hökumətinə qarşı mənfi reaksiyalara səbəb olmuşdur.


327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP