Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2020

Türkiyə Suriyadakı ən böyük bazasından çıxarıldı

Türkiyə qüvvələri bu gün səhər saatlarında Homanın şimalında yerləşən Murak bazasından tamamilə çıxıb.
Almaniya xəbər agentliyinin Murakdakı yerli mənbələrə istinadla yazıb: “Onlarla hərbi avtomobil və logistik təchizat daşıyan yük maşınları bu gün səhər saatlarında Homada yerləşən Murak hərbi bazasını tamamilə tərk edib. Bu baza bir ildən çox idi ki, işğalçı Suriya ordusunun mühasirəsində qalmışdı.” 

Bu mənbələrin bildirdiyinə görə, Murak bazasının boşaldılması iki gün idi ki, sutka boyu davam edirdi.
Suriya ordusuna yaxın mənbələr bildirib ki, ordu qüvvələri Türkiyənin baza ətrafında quruduğu torpaq təpələri dağıtmağa başlayacaq.

Ankara 20 oktyabrdan başlayaraq bu bazanı boşaltmağa başlamışdı.
Həmin vaxt xəbər mənbələri bildirmişdi ki, Türkiyəyə aid hərbi postların boşaldılması Rusiyanın nəzarəti ilə həyata keçir. Silah və hərbi təchizat İdlib əyalətinin cənubuna aparılır və oradan da Türkiyəyə aid terrorçu qrupların işğalında olan ərazilərə daşınacaq.
2019-cu ilin avqust ayında Suriya ordusu Murak şəhərini Cəbhətun-nusrə terrorçularından azad etdi. Bundan sonra şəhərdə olan Türkiyə hərbi qüvvələri Suriya ordusu tərəfindən mühasirəyə alındı və o vaxtdan mühasirədə saxlanılırdı.
Bəzi mənbələrin verdiyi xəbərə görə, Rusiyanın vasitəçiliyi ilə Suriya ordusu Türkiyə təcavüzkarlarının mühasirədən çıxaraq geri çəkilməsinə icazə vermişdir.


453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP