Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2020

Tramp:"Prezident seçkilərinə zərər vurulub"

ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp bildirib ki, ölkənin prezident seçkilərinə və Birləşmiş Ştatların seçki sisteminin bütövlüyünə zərər vurulub.

Bu barədə Birləşmiş Ştatlar rəhbəri özünün sosial şəbəkədəki hesabında bildirib.

“Bizim vəkillərimiz “real giriş”i tələb etdilər, amma bunun nə faydası? Artıq bizim sistemimizin bütövlüyünə və prezident seçkilərinə zərər vurulub. Müzakirə edilməli bunlardır!” – Tramp tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ-da prezident seçkiləri keçirilib. Bir sıra ştatlarda səsvermənin nəticələri hələlik naməlumdur. Tramp çərşənbə gününə keçən gecə qələbə qazandığını bildirib və demokratları “seçkiləri oğurlamaq” cəhdində ittiham edib.

Hazırkı prezidentin seçki qərargahı səslərin təkrar sayılmasını tələb etmək və məhkəməyə müraciət etmək niyyətindədir


363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP