Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2020

Politoloq: Ermənistan İranın təşəbbüsü ilə təcavüzkar dövlət elan edildi

"Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra, İslam Əməkdaşlıq Təşkilatının üzvü oldu. Azərbaycan təşkilata daxil olan zaman Ermənistan İranın təşəbbüsü ilə təcavüzkar dövlət elan edildi".

Bu sözləri modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ali Dini Rəhbər Ayətullah Əli Xameneinin "Azərbaycanın ərazilərinin hamısı azad edilməlidir” fikrinə münasibət bildirikən deyib.

"İran münaqişənin ilk illərində Azərbaycana hərbi, maliyyə, siyasi, mənəvi - hər cür yardım göstərdi. Azərbaycanın o zamankı millətçi rəhbərliyi İrana qarşı düşmən münasibət bəsləməyə başladı. Ona görə İran Ermənistanla normal münasibət qurdu. Münaqişənin ilk illərində İran çalışdı ki, vasitəçi kimi tərəfləri barışdırsın, amma Rusiya buna imkan vermədi".

Z.Əlizadə qeyd edib ki, İran vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsində mühüm rol oynayıb:

"Yəni İranın Azərbaycana münasibəti hər zaman müsbət idi. Sadəcə, Azərbaycan tərəfindən İrana biganəlik sərgilənib. Azərbaycan rəhbərliyi daha çox Qərbə baxmağa üstün tutub nəinki İrana. Bu səbəbdən İran Qarabağ məsələsində bir qədər seyirçi mövqe tuturdu.

Amma hazırda Azərbaycana dəstək olduğunu açıq şəkildə elan edib".


695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP