Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2020

Ərəb Liqasının cəsədinin pis iyi qoxuyur

“Fələstin onlayn” qəzetinin yazdığına görə, Tunisin sabiq prezidenti Munsif Məzruqi mətbuata verdiyi müsahibədə Ərəb Dövlətləri Liqasının ömrünün sona çatdığını deyib.
M. Məzruqi deyib: “Ərəb Liqası sionist rejimlə münasibətləri normallaşdırmaq məsələsinə qarşı çıxdığını elan etmədiyi vaxt onun dövrü başa çatdı.”
Keçmiş prezident əlavə edib: “Ərəb ölkələrinin Fələstin ideyalarına dəstək verməməsi səbəbindən fəslətinlilərin onlara qarşı (nifrət) hislərini başa düşürük.
Fələstililər köməksiz qalıb. Tarix boyu heç vaxt belə olmamışdı. Fələstinin vəziyyəti heç vaxt indiki kimi çətin olmayıb.”
Ərəb Dövlətləri Liqasının hazırkı durumuna toxunan Məzruqi deyib: “Ərəb Liqasına üzv ölkələrdən bəziləri onun dağılmasını istəyir və digərləri də bu liqanın birbaşa “İsrail” və Amerikaya tabe olmasına çalışır.”
Sabiq prezident vurğulayıb: “Ərəb Liqası adlı cəsədin pis qoxusu gəlir. Mən inanıram ki, bu liqa ölmüşdür.”
M. Məzruqi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasına da toxunaraq deyib: “Hər bir siyasi sistem öz qanuniliyini iqtisadi, tarixi, yaxud xarici dəstək nailiyyətləri vasitəsilə əldə edir. Hər kəs Təl-Əvivlə əlaqələri normallaşdırma səmtinə gedirsə, bilir ki, onun tarixi, siyasi və demokratik qanuniliyi olmayacaq.”


430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP