Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2020

Suriya köçkünləri ilə bağlı iclasda üç ərəb ölkəsi də iştirak edəcək

Suriya xarici işlər nazirinin müavini Əymən Susan köçkünlərlə bağlı Dəməşqdə keçiriləcək beynəlxalq iclas barədə açıqlama verib.
“Rusiya əl-Yəvm” xəbər agentliyinin verdiyi məlumata görə, Ə. Susan 11-12 noyabrda keçiriləcək iclasda Çin, Rusiya, İran, Livan, BƏƏ, Pakistan və Omanın da iştirak edəcəyini bildirib.
Ə. Susan vurğulayıb ki, iclasa dəvət edilməyən tək ölkə Türkiyədir.
Qeyd edək ki, Suriya hökuməti bu ölkə əhalisinin öz ev-eşikləridən köçkün düşməsinin əsas səbəbkarı kimi Türkiyəni görür.
Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov da bildirib ki, köçkünlərlə bağlı keçirilcək iclas qərbin Suriya dövləti əleyhinə təbliğat mühasirəsinin yarılmasıdır və ölkəyə qayıtmaq istəyən köçkünlərin tanınması üçün Dəməşqə imkan yaradacaq.
Suriya köçkünlərinin əzab-əziyyətinə son qoyulması və onların ölkəyə qayıtmasının asanlaşması istiqamətində baş tutacaq iclas sabah (çərşənbə) Dəməşqdə öz işinə başlayacaq.


408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP