Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2020

Ərəbistan koalisiyası komandirlərinin iclası bombalandı

Yəmən mənbələri bu ölkə ordusu və xalq komitələrinin Məarib əyalətidə təcavüzkar Ərəbistan koalisiyasına aid Tədavin bazasına dəqiq raket zərbəsi endirdiyini xəbər verib.
“Xəbər əl-Yəməni” xəbər agentliyinin yazdığına görə, bu hücumda Ərəbistan koalisiyası və istefa vermiş hökumətə sadiq qüvvələrin komandirlərinin iclası balistik raketlə vurulub. İclasda iştirak edənlərin hamısı ölüb və ya ağır yaralanıb.
Bəzi hərbi mənbələr də istefa verərək ölkədən qaçmış Mənsur Hadi hökumətinin müdafiə naziri generalı Məhəmməd Məqduşu və ordu baş qərargah rəisi genaral Səğir ibn Əbdüləzizin öldüyünü xəbər verirlər. Bu iki nəfərin taleyi naməlum olaraq qalmaqdadır.
Yaralılar arasında ərəbistanlı komandirlərdən Əhməd Kəbi, Şami Məhəmməd Useyri və Tariq Əhməd Məhbəşinin adları vardır.
Ərəbistan və istefa verərək qaçmış M. Hadi hökuməti bu raket hücumuna hələ heç bir münasibət bildirməyib.
Tədavin hərbi bazası Yəmən ordusu və Ənsarullah Hərəkatı qüvvələrinin mühasirəsindədir. Baza bundan əvvəl də raketlə vurulmuşdu. Hücum növü, yüksək rütbəli komandirlərin iclasının zaman və məkanı haqda məlumat M. Hadi hökumətinin ünsürləri bir-birlərini Sənaya casusluq etməkdə günahlandırmasına səbəb olmuşdur.
Yəmən ordusu və Ənsarullah qüvvələri neçə aydır ki, Məarib şəhərini yarım mühasirədə saxlamışdır. Məarib şəhəri Ərəbistan koalisiyası üçün ən mühüm baza sayılır.
Yəmən ordusu dünən axşam intihar qayıqları vasitəsilə təcavüzkar Ərəbistanın Cazanda yerləşən neft məhsulları platformasına hücum edib və bu hücum platformada böyük yanğına səbəb olub. Ərəbistan rəsmi televiziyası bu xəbəri təsdiq edib.


391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP