Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2020

Şuşa döyüşlərində şəhid olan 6 hərbçimiz təhvil alındı

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədinin toplanılması həyata keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.


385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP