Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2020

İranda korona dövründə evliliklər artmış, boşanma azalmışdır

Koronavirusun yayılması acı və xoşagəlməz hadisələr yaşatması ilə yanaşı, cəmiyyətin həyat tərzində bir sıra fürsətlər də yaratmışdır. Belə ki, İranda bir çox cavanlar dəbdəbə və böyük xərclərdən uzaq duraraq ortaq həyatlarına başlamışlar.
İzdivac və Təlaq İdarəsinin qeydiyyatına uyğun olaraq, ötən ilin həmin oxşar vaxtı ilə müqayisədə evliliyin artdığı, boşanmanın isə azaldığı görünür.
İdman və Gənclər nazirinin müavini Məhəmmədməhdi Tondquyan bu barədə deyib: “Cari ilin ilk dörd ayında 200 min evlilik və 35 min boşanma qeydə alınıb. Halbuki, ötən ilin oxşar aylarında 167 min evlilik və 37 min boşanma qeydə alınmışdı.”
M. Tondquyan buna səbəb kimi koronavirusun yayılması üzündən dəbdəbəli mərasimlərin keçirilməməsini və beləliklə, evliliyin asanlaşmasını göstərib.
O əlavə edib: “Bəzi ailələrdə dəbdəbəli mərasimlər evliliyin və ailə qurmağın ən mühüm maneələrindən biri hesab olunur. Koronanın yayılması cavanların evliliyində dəbdəbəliyi azaltdı. Bu günlərdə bir çox cavanlar nişan və toy mərasimi keçirmədən öz ortaq həyatlarına başlayırlar.”


362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP