Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2020

Vaşinqton Post: İranın nüfuzu artıb, sanksiyalar təsirsiz qalıb

Amerikanın “Vaşinqton Post” qəzeti bu gün (17 noyabr) “D. Trampın İrana qarşı siyasəti məğlubiyyətə uğrayır” başlıqlı təhlilində Amerika hökumətinin İran əleyhinə siyasətini araşdırıb.

Məqalədə deyilir: “Amerikanın indiki hökumətinin işə başladığı ilk günlərdə milli təhlükəsizlik üzrə keçmiş müşavir Maykl Flinn dedi ki, bu ölkə İranı öz nəzarətində saxlamışdır.
M. Flinn qısa müddətdən sonra vəzifəsini itirdi və FBİ-ni aldatdığı üçün təqsirli sayıldı. Lakin Tramp və onun müttəfiqləri davam etdilər və İran əleyhinə ağır təzyiqlər işə saldılar.” 

Təhlilin davamında deyilir: “Tramp hökumətinin sonuna təkcə 2 ay qalır. İran əleyhinə qürurlanmasına baxmayaraq Tramp hökuməti heç nəyə nail ola bilmədi, dediklərinin əksinə olaraq sanksiyalar tətbiq etmək İranı danışıqlar masasına gətirə bilmədi.”

“Vaşinqton Post” təhlilinin digər hissəsində yazır: “Ən ağır təzyiqlər kompaniyası İranın nüfuzunun qarşısını ala bilmədi. İran hələ də Yəmən, İraq, Livan və Suriyada öz nüfuzunu qoruyur, hətta bəzi məsələlərdə əvvəlki illərlə müqayisədə daha güclənib.”


364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP