Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2020

Zəncanın imam cüməsi Qarabağ haqda...

Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi və Zəncan imam cüməsi höccətül-islam vəl-müslimin Xatəmi:

İclası təşkil edənlərə minnətdarlığımı bildirirəm və Allahdan dünyanın bütün müsəlmanlarına izzətli həyat verməsini diləyirəm.
İran İslam İnqilabı zəfər çaldığı dövrdə dünya iki bloka bölünmüşdü: sosializm təfəkkürü ilə Şərq bloku və kapitalizm təfəkkürü ilə Qərb bloku. Mərhum İmamdan (r) inqilabın hansı səmtə meyilli olduğunu soruşdular. İmam (r) dedi ki, nə Şərq, nə Qərb. İmam (r) buyurdu ki, bizim vətənimiz İslamdır və İslam üçün vuruşuruq.

Qarabağ mövzusuna gəldikdə, bizim üçün önəm daşıyan İslam dünyasıdır. İlk addım İslam dünyası üzərinə İslam çətiri tutmaqdır. Mən inqilabın qələbəsindən İmamın (r) vəfatına kimi Azərbaycanda yaşayırdım. Azərbaycanın məsələlərini və bu ölkə xalqının etiqadını yaxından görmüşəm və onunla tanışam. Allah rəhmət etsin, Hacı İkramı. Bir çox iclaslarda birgə iştirak etmişik və məsələləri araşdırmışıq. Azərbaycan xalqı qədim dövrdən dindar və Əhli-beyt (s) sevər olmuşdur. Bəzi evlərdə səhifələri çox qədim olan Quranlar var idi. Bunlar Azərbaycan xalqının dindar olduğunu sübut edir.

Biz Azərbaycanın birinci Qarabağ müharibəsində bütün gücümüzlə bu ölkəyə kömək etdik. Hərbi təlim və məsləhətləşmə sahəsində yardım etdik. Diri şəhid Rəhim Noi-Əqdəm onlardan biridir.
İkinci Qarabağ müharibəsində Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb bölgələri üzrə təmsilçiləri bəyanat yayaraq Qarabağın azad edilməsini dəstəklədi. Əgər diqqət etsəniz görərsiniz ki, bəyanatda beynəlxalq qanunlara toxunmuşuq. Orada bu şəhər və kəndlərin Azərbaycana aid olması barədə dörd qətnamə qəbul edildiyini vurğuladıq.

Biz müsəlmanları himayə etməyin vacibliyini gördük. Şiəliyin əsli imamət mehvərindədir və şiəliyi himayə etmək dini vəzifədir.
Qabaqkı illərdə bizim azərbaycanlılarla ailəvi gediş-gəlişimiz var idi. Bu, münasibətlərin səmimi olmasını, mədəniyyət və soyların yaxın olduğunu göstərir.


469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP