Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2020

Ərəb Liqası Pompeonun yəhudi qəsəbələrinə və işğal edilmiş Qolana səfər etməsini pislədi

Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Qeyz Amerikanın dövlət katibi Mayk Pompeonun İordan çayının qərb sahilində salınmış yəhudi qəsəbələrinə və işğal edilmiş Suriya ərazisi olan Qolana səfər etməsini pisləməklə yanaşı, bunu beynəlxalq qanunların pozulması adlandırıb.
Əbul-Qeyz bildirib ki, Pompeo yəhudi qəsəbələrinə və işğal edilmiş Qolan yüksəkliklərinə səfər etməklə beynəlxalq qanunları pozmuşdur və bu hərəkəti ilə Təl-Əvivi iki dövlət arasında sülh və həll yolunun gerçəkləşməsinə mane sayılan qanunsuz qəsəblər salınmasına rəğbətləndirir.
“Əl-Yəvmus-sabe” qəzeti yazıb ki, Əbul-Qeyz ABŞ dövlət katibinin səfərinin Təhlükəsizlik Şurasının 2016-cı ildə qəbul etdiyi və sionist qəsəbələrinin salınmasını və işğal edilmiş ərazidə hər hansı dəyişikliyi qadağan edən 2334 nömrəli qətnamə ilə zidd olduğunu deyib.
Liqanın baş katibi vurğulayıb ki, İordan çayının qərb sahili və Qolan işğal edilmiş ərazilərdir. Hansısa ölkə rəsmisinin bu yerlərə səfər etməsi həmin bölgənin hüququ vəziyyətini dəyişməyəcək.


294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP