Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2020

Messi Maradonanı belə yad etdi, cəzalandırıldı - Foto

“Barselona”nın argentinalı ulduzu Lionel Messi La Liqanın 11 turunda vurduğu qolu noyabrın 25-də vəfat edən əfsanəvi futbolçu Dieqo Maradonaya həsr edib.

Messi “Osasuna” ilə oyunda vurduğu qoldan sonra formasını çıxarıb və altdakı “Nyuels Old Boys”un 10 nömrəli forması ilə Maradonanı yad edib.

Oyunun baş hakimi Lahoz argentinalı ulduza formasını çıxardığına görə sarı vərəqə göstərib.

Qeyd edək ki, Maradona 1993-cü ildə “Nyuels Old Boys”un heyətində çıxış edib.




259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP