Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2020

Rusiya hərbi fəallığını artırır: 500-dən çox raket sistemi... – Nazirlik açıqladı

Dünyada hərbi gücündən tez-tez bəhs olunan Rusiya bu il bir çox mühüm təlimlər keçirib.

Gücünü tez-tez məşqlərlə göstərən Rusiya 2020-ci ildə raket əleyhinə müdafiə sistemləri və ballistik raketlərin iştirak etdiyi hərbi təlimlər keçirib.

Rusiya Müdafiə Nazirliyi 2020-ci ildə həyata keçirilən raket təlimləri barədə məlumat verib. Açıqlamada təlimlərin Kapustin Yar, Yeyski, Aşuluk poliqonu və Telemba təlim sahəsi kimi bir çox nöqtədə baş verdiyi xatırladılıb və il ərzində 97-dən çox təlimin həyata keçirildiyi bildirilib.

Nazirlik manevrlərdə istifadə edilən raketlər haqqında məlumat verib: “Təlimlər zamanı 500-dən çox zenit raket və on minlərlə zenit artilleriya sursatı canlı hədəflər və pilotsuz uçan aparatlar (PUA) daxil olmaqla 600-dən çox hədəfə fokuslanıb. Bu təlimlərdə əməliyyat-taktiki və qanadlı raketlərdən istifadə edilib”.

Ən çox raket atışının “Qafqaz-2020” təlimində həyata keçirildiyi bildirilib. İlin əsas təliminin “Qafqaz-2020” olduğu, 15 dəqiqədə 62 hava hədəfinin məhv edildiyi və 50 zenit raketinə əlavə olaraq, 7 mindən çox sursatın istifadə edildiyi bildirilib.

Nazirlik bu təlimlər zamanı hava hücumundan müdafiə qüvvələrinə PUA-lar, qanadlı və ballistik raket hücumları kimi bir çox hava vasitələrinin mümkün zərbələrinə qarşı təlim verildiyini açıqlayıb.


561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP