Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2020

Həşd-Şəbi: Amerika Kərkükdən çıxdıqdan sonra bu əyalətdə əmin-amanlıq yaranıb

Həşd-Şəbinin İraqın şimal bölgələrinin ictimai əlaqələr üzrə katibi Əli Hüseyni Kərkük əyalətinin İŞİD-in xarici üzvlərindən tamamilə təmizləndiyini xəbər verib.

“Əl-Məluməh” İnformasiya Mərkəzinə açıqlama verən Hüseyni deyib: “Amerikalı qüvvələr Kərkükdən çıxdıqdan sonra əmin-amanlıq və sabitlik bu əyalətdə diqqəti çəkən səviyyədə artaraq 95 faizə çatıb. Hər yerdə amerikalılar varsa, orada təhlükə və böhran mövcuddur.”

Hüseyni əlavə edib: “Amerikalı qüvvələr çıxdıqdan sonra İŞİD-in xarici üzvləri də yoxa çıxıblar. Ötən aylarda aparılan əməliyyatlarda onlardan heç əsər-əlamət tapılmadı. Bu məsələnin özü amerikalı qüvvələrin çıxmasının İraqın əmin-amanlığında müsbət təsirini sübut edir.”

Həşd-Şəbi rəsmisi bildirib ki, amerikalı qüvvələrin çıxmasından sonra təkcə Kərkükdə deyil, Səlahəddin əyalətində də əmin-amanlıq artıb.

Qeyd edək ki, cari ilin əvvvəllərində İraq Parlamenti bütün xarici qüvvələrin İraqdan çıxması ilə bağlı qərar qəbul etdi. Bundan sonra xarici ölkələrə bağlı qüvvələr İraqda bir neçə bazadan geri çəkildilər.


602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.21, 09:33
Duada açar əməllər
01.02.21, 10:00
Portağal
30.01.21, 10:54
Ucar sakini intihar edib
Go to TOP