Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2021

İranın Qüds Qüvvələrinin komandiri: “Evinizin içində belə şəhid Süleymaninin qətlinə cavab verənlər ola bilər”

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general İsmayıl Qaani ABŞ-ə təhdid edərək, belə deyib: “Əmin olun, evinizin içərisində belə şəhid Süleymaninin qətli kimi cinayətinizə cavab verəcək insanlar da ola bilər”.

Farsnews xəbər verir ki, komandiri general İsmayıl Qaani bu gün (1 yanvar) səhər şəhid Süleymani və şəhid Əl-Mühəndis və yoldaşlarının terror edilməsinin ildönümü münasibətilə Tehran Universitetində təşkil edilən mərasimdə çıxış edib: "İnqilabın Ali Rəhbəri olan böyük imamımız tərəfindən son çıxışında üç fəxri medalı ilə təltif olunan şəhid Süleymani, həm İran millətinin qəhrəmanı, həm İslam ümmətinin qəhrəmanı, həm də imperializmin gücünü qıran qəhrəmandır.

Bəlkə də bu həqiqi insanların liderliyini qeyd etmək müqabilində Müqavimət Meydanından daha az bəhs olundu və xüsusilə şəhid Süleymanidən nümunə götürmək istəyən bütün gənclər üçün şəhid Süleymaninin Müqavimət Meydanının adamı olduğunu, ancaq müqaviməti içəridən (batindən) başlatdığını qeyd etməlidirlər. Bu meydana gəlmək və diqqət yetirmək istəyən hər kəs batində müqavimət göstərmədiyiniz təqdirdə, zahirdə bir müqavimət döyüşçüsü olmağınız mümkün deyil.

Müqavimət üzvü olan şəhid Süleymani şəxsiyyətində bilik, ibadət, səmimiyyət, fədakarlıq və bütün insan və İslam dəyərlər var.

Şəhid Süleymaninin bir lideri var idi, şəhid Süleymaninin əzəməti o idi. Bu rəhbərliyin işığında o hərəkət etdi və böyüdü, rəhbərlik və bu yol hələ də məzlumlara və məhrumlara dayanıb dəstək verir. Onların təhsili layiqli bir müqavimət həyatının orbitində davam edir.

Şəhid Süleymani Vilayəti Fəqihin oxu ətrafında hərəkət etdi və İnqilabın Ali Rəhbərinin açıqlamaları onun üçün son söz idi. Şəhid Süleymani vilayət aşiqi idi. Vilayətin xidmətçisi idi və həyatının bütün sütunlarında vilayətin ali vəzifəsini qəbul etdi.

Bu gün qəhrəman Fələstində bu böyük şəhidin şəhadətinin ildönümündə elə təlim keçirirlər ki, qarşıdakı düşmən bir mərmi belə ata bilmir.

Digər tərəfdən, bir bayraqdar görürük ki, işğalçı rejim bir əsgərini şəhid etdiyi üçün üç aydır vuracağı ilə hədələyir. Bu üç ay ərzində işğalçı rejimin Livanla bütün şimal cəbhəsində hərəkət etdiyiniz vaxt bir əsgəri də görə bilməzsiniz. Belə ki, buradakı bayraqdarından, müqavimət komandirlərindən qorxur.

Şəhid Süleymani və uzun müddətdir silahdaşı olan şəhid Əbu Mehdi Əl-Mühəndis və müqavimət şəhidləri daxil olmaqla bütün şəhidlərin xatirəsini əziz tuturuq. Bu əzəmətli məclis bu şəhidlərin şərəfinə keçirilib.

Baxın Suriya bir müqavimətçi idi. Güclü şəkildə müqavimət etdi. Döyüşçü və müqavimətçi olan bütün insanlar Suriyanı dəstəklədi. Allaha həmd olsun ki, bu gün qatil Amerikanın işğal etdiyi bir neçə ərazidən başqa Suriyanın hər yeri azad edilmişdir.

İraqa baxın! Mücahid İraq. Hələ də müqavimət yolunda güclü şəkildə ayaqdadır. Amerikanın cinayətlərini andığımız bu günlərdə iraqlı müqavimətçi və idi savaşçılar bir neçə əməliyyat keçirəndə Amerika bu günə qədər görülməmiş uçuşlar, bu günə qədər görülməmiş tədbirlər almağa başladı. Çünki iraqlı müqavimətçilərdən qorxdular.

Yəmənə baxın. Güclü və məzlum Yəmənə baxın. Orada da eyni şeyi görürük, Orada da güclü bir şəkildə müqavimətçilər hərəkət edirlər. Şəhid Süleymaninin yolu budur. Allahın izni ilə bu yol belə davam edəcək və daha da güclənəcək.

Quds Qüvvələrinin yolu və müqaviməti ABŞ-ın törətdiyi pisliklərlə dəyişməz. Cinayətinizə evinizin içindən cavab verə bilərlər.

Bu cinayəti törədənlər bilməlidir. Bunu elə etdilər ki, dünyanın hər yerində bir insan tapılsa, bunu edən qorxaqları cəzalandırmağa hazırdır.

Səmimi deyirəm. Quds Qüvvələrinin yolu və müqaviməti ABŞ-ın törətdiyi pisliklərlə dəyişməyəcək.

Sionistlər və səudiyyəlilər tərəfindən dəstəklənən bir macərapərəst şəxs, şəhid Süleymaniyə sui-qəsd cinayətini törətdi.

Bizim yolumuz yenə də eyni yoldur, arxayın olun, hətta evinizin içində sizin cinayətinizə cavab verəcək insanlar ola bilər. Şəhid Süleymaniyə sui-qəsd cinayəti, İslam ümmətinin intiqamının alınmasına yol açdı"./deyerler/


452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP