Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2021

Bu gün qəhrəman şəhid generalımız Polad Həşimovun doğum günüdür - Video

Bu gün Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günüdür.

Azərbaycan tarixinə adını qızıl hərflərlə yazan şəhid general-mayor Polad Həşimov ilə bağlı faktları təqdim edir:

Polad Həşimov 1975-ci ildə Sumqayıtda dünyaya göz açıb. Əslən Qəbələnin Vəndam kəndindəndir.

O, orta təhsilini Sumqayıtda bitirib. Sonra H. Əliyev adına ali hərbi məktəbdə təhsil alıb.

P.Həşimov Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. O, 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb.

Aprel döyüşlərində göstərdiyi üstün xidmət və şücaət nəticəsinə vaxtından əvvəl general rütbəsi ilə təltif edilib.

Polad Həşimov 2020-ci ildə Ermənistananın Tovuz istiqamətində baş verən təxribatı zamanı qəhrəmancasına həlak olub.

Şəhid Polad Həşimov ailəli idi. Onun iki oğlu, bir qızı var.

Məkanın Cənnət olsun Generalımız... 
Allah rəhmət etsin!



452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP