Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2021

Türkiyə vətəndaşı həyat yoldaşı və özünə 10 bıçaq zərbəsi vurdu - Bakıda

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Türkiyə vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.

Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.


519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP