Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2021

ABŞ-da koronavirus:ölənlərin say 350 mini keçib

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda 350 min 186 nəfər COVID-19-dan ölüb.

Ölkədə virusa 20 427 780 yoluxma aşkarlanıb. Məlumata görə, koronavirusa yoluxmuş 12 milyondan çox insan sağalıb.

ABŞ-da son gündə 160 606 nəfər koronavirusa yoluxub. Son 24 saatda Birləşmiş Ştatarda 2 051 koronavirus xəstəsi ölüb.

Xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzlər bildirib ki, ABŞ-da ötən həftənin bazar günü vaksinin 13 milyon 71 min 925 dozası müvafiq tibbi məntəqələrə göndərilib.

ABŞ-da “Moderna” və “Pfizer”/”BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə edilir.


600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
01.02.21, 10:00
Portağal
30.01.21, 10:54
Ucar sakini intihar edib
Go to TOP