Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2021

KONQRESDƏ ATIŞMA: bir qadın yaralandı, iclas dayandırıldı – Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi + VİDEO/FOTO

ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

Bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil olmaqla, Konqres üzvləri binadan təxliyyə ediliblər. Daha əvvəl Senatın da iclası yarımçıq kəsilib.

Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri odlu silahdan açılan atəşlə sinəsindən yaralanıb. Yaralanan şəxs qadındır.

Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib.

NBC telekanalı isə bildirib ki, Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Məlumata görə, Konqresin binası qarşısında prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb/Report.

Son məlumata görə, Vaşinqtona Milli Qvardiyanın hərbçiləri göndərilib.

Bu barədə ştatın qubernatoruna istinadən “Reuters” bildirib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp da etirazçıların zorla daxil olduqları Konqresə Milli Qvardiyanın hərbi qulluqçularını göndərmək barədə göstəriş verib.

O, etrirazçılardan sakitləşməyi xahiş edib: “Hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq!”.





632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP