Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2021

Suriya: Sionist rejimin hücumları Türkiyə və terrorçularla koordinasiya olunur

Suriya Xarici İşlər Nazirliyi BMT-nin baş katibinə və TŞ-nın sədrinə məktub göndərərək sionist rejiminin çərşənbə günü Suriyaya hücumuna etiraz edib.

Suriyanın “SANA” İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, məktubda sionistlərin çərşənbə günü (6 yanvarda) saat 23:10 dəqiqədə beynəlxalq qanun və qətnamələri pozaraq işğal edilmiş Qolan bölgəsindən Suriya ərazisini bombalaması qeyd olunub.

XİN-nin şikayət məktubunda vurğulanıb: “İşağlçı rejim öz terror hərəkətinə yüksək dərəcədə israrlıdır. Halbuki, onun Suriya əleyhinə bütün planları puça çıxmışdır. İşğalçı rejimin həyasızlığı o həddə çatıb ki, bəyanat yayaraq ötən il Suriya ərazisinə 50 dəfə hücum etdiyini xəbər verir.”

Məktubda bildirilir ki, sionist rejiminin təcavüzləri Suriyada terrorçuların hücumu ilə bir vaxtda baş verib, bununla da hər iki tərəfin (sionist rejimi və terrorçular) terrorçu hərəkətlər törətməklə böhranı uzatmaq və Suriya ordusunu zəiflətmək üçün razılaşdıqlarına, bu istiqamətdə təlaş etmələrinə şübhə qalmır.

Xarici İşlər Nazirliyi BMT-yə müraciət edərək vurğulayıb: “Suriya Ərəb Respublikası bir daha vurğulayır ki, İsrailin öz düşmənçilik və təhlükəli yoluna israr etməsi hər biri sevimli Suriyanın bir hissəsini işğal etmiş üç işğalçının: İsrail, Türkiyə və Amerikanın koordinasiya üzrə hərəkət etdiyini sübut edir.”

Məktubda habelə qeyd olunur ki, sionist rejiminin Suriya torpağına hücumları bölgənin təhlükəsizlik və sabitliyini təhdid edir və bu hücumlar Suriya xalqının terrorizm üzərində qələbəsinə və işğal edilmiş Qolan ərazilərinin geri alınmasındakı iradəsinə mane ola bilməyəcək.


549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP