Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2021

Yəməndə Türkiyə istehsalı olan ikinci Karayel vuruldu - Foto

Ötən həftə Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Cəvf əyaləti səmasında təcavüzkar Ərəbistan ordusuna aid kəşfiyyat təyyarəsini məhv etdiyini xəbər verdi.

Onun sözlərinə görə, Yəmən hava hücumundan müdafiə sistemi çərşənbə günü günortadan sonra Ərəbistanın hava qüvvələrinə aid Karayel tipli kəşfiyyat dronunu Cəvf əyalətinin Məhaşimə bölgəsində məhv edib.
Karayel Türkiyənin “Vestel” kompaniyasının istehsalıdır və Ərəbistan ordusu ötən illərdə 46 ədəd bu tip dronu almışdır.


Bu dron Yəmən ordusunun məhv etdiyi ikinci Karayeldir.
30 dekabr 2019-cu ildə də Yəmən ordusu Hudəydə əyalətinin Səlif bölgəsində Karayel tipli dronu bir ədəd Fatir-1 raketi ilə vuraraq məhv etmişdi.



Diqqəti çəkən məsələ budur ki, Karayelin Hudəydədə vurulmasına kimi dünya mediası Ərəbistanın Türkiyə istehsalı olan PUA-lar almasından xəbərsiz idi.



Yəmən Ənsarullah qüvvələri 21 dekabr 2020-ci ildə də Ərəbistan ordusuna aid CH-4 tipli dronu Məraib əyalətinin Mədğəl bölgəsində vurdu.



Yəmən ordusu 2016-cı ildən bəri cinayətkar Ərəbistanın köməyinə gəlmiş 6 ədəd Amerika dronunu məhv etmişdir: 4 ədəd MQ-9 Reaper, 2 ədəd MQ-1 Predator.



Habelə, Ərəbistan təcavüzkar koalisiyasına aid Çin istehsalı olan 3 ədəd Wing Loong, 6 ədəd CH-4 dronları Yəmən ordusunun ovuna çevrilib.







485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP