Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2021

ABŞ-ın 50 şəhərində silahlı...

Federal Təhqiqatlar Bürosu (FTX) hesab edir ki, yaxın günlərdə ABŞ-ın bütün ştatlarında silahlı aksiyaların keçirilməsi planlaşdırılır.

Bu barədə ABC məlumat yayıb.

Sənədlərə əsasən, müəyyən edilmiş silahlı qruplaşma 16 yanvar tarixində ABŞ paytaxtına doğru hərəkət edəcək:

“Onlar xəbərdarlıq etdilər ki, əgər Konqres Konstitusiyaya 25-ci düzəliş yolu ilə prezidenti vəzifədən kənarlaşdırmağa cəhd etsə, o zaman güclü qarşıdurma yaşanacaq”.

Bildirilib ki, aksiyalar 16-20 yanvar tarixlərində ölkənin 50 ştatının qanunverici orqanlarında keçiriləcək. Vaşinqtonda, daha dəqiq desək, Kapitolidə isə 17-20 yanvarda belə aksiyaların baş tutması gözlənilir.

Aksiyaların təşkilatçıları tərəfdarlarına çağırışında Donald Trampın inaqurasiyaya qədər (20 yanvar) öz vəzifəsindən kənarlaşdırılacağı təqdirdə məhkəmələri və administrativ binaları zəbt etməyə səsləyib.


456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP