Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2021

Sionist rejim təhlilçisi Ənsarullahın bu rejimi vura biləcək gücünə etiraf edib

Sionist rejimin ərəb məsələləri üzrə jurnalist və eksperti etiraf edib ki, bu rejimin kəşfiyyat nəticələri Yəmən Ənsarullah Hərəkatının sionist rejiminin obyektlərini vurmağa qadir olduğunu təsdiq edir.

Səna hökumətinin sionist rejimini təhdid etməsnin davamında, Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü Fəzl Əbutalib dünən (bazar ertəsi) xəbərdarlıq edib ki, Təl-Əviv tərəfindən Yəmənə qarşı hər hansı axmaqlıq baş verərsə, Yəmən xalqı işğal edilmiş Fələstin ərazilərində onların həssas obyektlərinə ağır zərbələr endirəcək və buna heç bir şübhə yoxdur.

“Elamul-hərbi” İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, ərəb məsələləri üzrə sionist ekspert və jurnalist Yuni bin Mənahim bu xəbərdarlığa münasibət bildirərək yazıb: “Ənsarullah vura biləcəyi “İsrail obyektləri” bankına sahib olduğunu elan edib. Məsələ təkcə uzaq mənzilli raket və dron hücumuna aid deyil. “İsrail”in kəşfiyyat nəticələrinə görə, onlar (Ənsarullah) “İsrail”in gəmilərini Qırmızı dənizdə və Babul-Məndəbdə vura bilərlər. Onlar bundan qabaq həmin işi Səudiyyə obyektləri əleyhinə uğurla həyata keçiriblər.”

Sionist rejiminə aid “Jerusalem Post” qəzeti də dünən Babul-Məndəb keçidinin əhəmiyyəti, Yəmənin cənubunda keçid hökuməti və BƏƏ-nin Təl-Əvivin maraqlarının təmin edilməsi üçün potensiallarını təhlil edib.

Qəzet Babul-Məndəbin strateji əhəmiyyətini vurğulayaraq yazıb ki, Səudiyyə-Qərb cərəyanı Yəmən ordusu və mərkəzi xalq komitələrinin bu keçidə nəzarəti ələ keçirməsinə mane olmaq barədə yekdil fikirdədirlər.
Sionist rejiminə aid bu qəzet əlavə edib: “Babul-Məndəb Qırmızı dənizdən Ədən körfəzinə çox dar bir keçiddir. “İsrail”, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Hind okeanı və onun ətrafına gedə bilmək üçün bu boğazı strateji əhəmiyyətə malik bir keçid bilirlər. Ona görə də hamı Babul-Məndəbin İran təmsilçilərinin, yəni husilərin əlinə düşməməsində yekdil fikirdədirlər.”


590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP