Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2021

Afrin sakinləri yürüş keçirərək Türkiyə ordusunun Suriyadan çıxmasını tələb edib

Suriyanın Afrin şəhərinin sakinləri Hələbdə yürüş keçirərək Türkiyənin bu şəhəri işğal etməsinə etirazlarını bildirib və işğalçı ordunun bu ölkədən çıxmasını tələb edib.

Suriyanın “Elamul-hərbi əl-mərkəzi” informasiya mərkəzinin verdiyi xəbərə görə, bu gün etiraz aksiyası keçirən Afrin sakinləri Türkiyə ordusu və ona bağlı terror qruplarının bu şəhəri işğal etməsi üzündən öz evlərinə qayıda bilmədiklərini bildiriblər və işğalçı ordunu dərhal Suriyanı tərk etməsini istəyiblər.
Suriya insan haqları təşkilatlarından biri bildirib ki, Türkiyə və ona bağlı silahlı qrupların Afrini işğal etməsindən 3 il ötür və bu müddət ərzində 600 nəfər dinc sakin öldürülüb.

Təşkilat öz hesabatında vurğulayıb: “Ötən 1 ildə Afrində 987 nəfər adam oğurlanması baş veib və onlardan 92 nəfəri qadın olmuşdur. Bundan əlavə, bu şəhərdə 50 qədim abidə dağıdılb və digər tarixi abidələr oğurlanıb.”
Habelə hesabatda deyilir: “Bu illər ərzində 604 nəfərdən çox dinc sakin qətlə yetirilib, onlardan 498 nəfəri Türkiyə və ona bağlı silahlı qrupların hücumu nəticəsində öldürülüb. Həmçinin 696 nəfər yaralanıb və onlardan 303 nəfəri uşaq olub. Yaranmış qarşıdurmalara görə 300 min insan öz evini təkr edərək köçkün düşüb.”


510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
01.02.21, 10:00
Portağal
30.01.21, 10:54
Ucar sakini intihar edib
Go to TOP