25 Yanvar 2021
25 yanvar və 5 noyabr "Daşaltı əməliyyatı": 29 ilin fərqi

Şuşanın mərkəzindən təxminən 3 kilometr cənubda, Cıdır Düzündən aşağıda, Daşaltı çayının sahilində yerləşir bu kənd. Daşaltı Şuşa qalasının bina olduğu nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.
Şuşalılar Cıdır düzündən Daşaltı çayının sahilinə enən cığıra "Qırx pilləkən" deyir. 10 otaqlı "Xəzinə-qala"da buradadır. Böyük Daşaltı mağarasının bir hissəsi olan bu mağarada ölkəmizin 30 illik işğal dönəmizndə bizdən oğurlanan tarixi var. Ermənilər ötən illər ərzində saxta "arxeoloji qazıntılar" aparıb bu yerləri özlərinə aid etmək istəsələr də, bir şey alınmayıb. Bu yerlər, bu yerlərin hər daşı, cığırı, mağarası bizimdir.
1991-92-ci illərdə Daşaltını, ardından da mədəniyyət və ruhaniyyat beşiyimiz olan Şuşanı ələ keçirə bilmişdi bədnam qonşularımız. Bu gün "Daşaltı əməliyyatı"nı və digər hərbi məğlubiyyətlərimizi Şuşa zəfəri əvəzləyib. Müzəffər ordumuzun 44 günlük müharibədə göstərdiyi şücaət, nümayiş edirdiyi döyüş qabiliyyəti modern müharibə adı ilə hərb dərsliklərinə düşüb.
1992-ci il yanvarın 25-də gerçəkləşən "Daşaltı əməliyyatı" o dövrdə yeni yaranan Müdafiə Nazirliyinin planladığı ilk əməliyyat idi. Bu əməliyyat 2 dəfə təxirə salınmışdı. 3-cü cəhd isə uğurlu olmamışdı.
Bu əməliyyat yanvarın 25-də, axşam 12-də başlanıb və yanvarın 26-ı axşam saatlarında uğursuzluqla başa çatıb. Səbəb kimi bələdçilərin hücum tağımlarından birini Köhnə Nəbilər kəndi əvəzinə Təzə Nəbilərə aparıb çıxarması, ermənilərin əməliyyatın nə vaxt başlanacağını, hücumun hansı istiqamətlərdən olacağını 3 gün əvvəldən bilmələri, hücumda olan tağımlarımız arasında əlaqənin olmaması göstərilirdi. Hücumda cəmi 1 piyadaların döyüş maşını olub. Zabit və əsgərlərimiz ermənilərin güclü bazaya çevirdiyi Daşaltını azad etmək üçün qəhrəmanlıq, şücaət göstərsələr də, gözlənilən nəticəni əldə etmək mümkün olmamışdı.
O əməliyyatda iştirak edən və şəhid olan hər bir əsgərimizin, zabitimizin ruhu qarşısında baş əyirik. Onlar qələbə qazanmağımız üçün canlarından keçiblər...
O dövrdə yenicə müdafiə naziri təyin edilən Tacəddin Mehdiyevin şəxsən rəhbərlik etdiyi əməliyyatda Müdafiə Nazirliyinin yeni yaranmış 120 nəfərlik I taboru, Müdafiə Nazirliyi Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun 11 nəfərlik diversiya dəstəsi iştirak edib. Şuşa könüllüləri də "Daşaltı əməliyyatı"na dəstək veriblər.
Kəndə daxil olmuş bir neçə tağım düşmənin güclü müqaviməti nəticəsində xeyli itki verərək geri çəkilməyə məcbur olub. Əməliyyatda Azərbaycan ordusu Şuşa rayon könüllüləri ilə bir yerdə 96 şəhid verib. Onlarla əsgərimiz hələ də itkin sayılır. Ermənilər isə 72 canlı qüvvə və bir neçə texnika itirib.
Daşaltıda olarkən 1-ci Qarabağ müharibəsində həmin o əməliyyatda iştirak etmiş qazimiz Niyazi Quliyevlə görüşdük. Müsahibimiz 120 nəfər döyüşçüdən möcüzə nəticəsində sağ qalmış 30 nəfərdən biridir. Deyir ki, tariximizin məşum səhifələrindən olan "Daşaltı əməliyyatı"nın növbəti ildönümünü zəfərlə, qələbə sevinci ilə qarşılayır:
"O döyüşdə şəhid olmuş qardaşlarımızın qanı yerdə qalmadı. Biz and içmişdik ki, o qanı yerdə qoymayacağıq. Bu gün Daşaltı azaddır, şəhidlik zirvəsinə qalxmış döyüş yoldaşlarımızın ruhu əminəm ki, şaddır. Burada, Daşaltıda, kəndi azad etmiş ordumuzun zabit və əsgərləri var, onlar bu ərazidə illərlə möhkəmlənmiş düşməni 1 günün içində darmadağın ediblər. Hər birini salamlayır, döyüşdə göstərdikləri şücaətə görə hər birini alqışlayıram".
Xatırladaq ki, Daşaltı kəndi 2020-ci il noyabrın 5-də, səhər saat 5-də başlayan və növbəti gün düşmənin tam məhvi ilə nəticələnən əməliyyatla azad olunub. Bundan sonra Şuşa zəfəri gerçəkləşib, noyabrın 8-də Müzəffər Ordumuz Şuşanı da işğaldan azad etməyə müvəffəq olub.
Kəndə olarkən Daşaltının azad olunması əməliyyatının iştirakçısı xüsusi təyinatlı Vüqar Səfərovla görüşə bildik. Vüqar Səfərov dedi ki, Daşaltı azad olunandan sonra ətrafda Şuşaya hucuma maneə ola biləcək düşmən qüvvəsi qalmayıb:
"Ermənilər Şuşadan üzü aşağı Daşaltını atəş altında saxlaya bilirdilər. Şuşaya doğru qarış-qarış irəlilədik. Düşmən silahı doldurarkən qabağa qaçır, atəş açanda mövqe tuturduq. O qədər sevinc içində idik ki, dağlara necə dırmaşdığımızı belə unutmuşduq. Ermənilər bizi dağın başında görəndə təşviş içində qaçırdılar".
01.03.21, 12:04
İranda yerli peyvəndin sınaqlarına başlanıldı 01.03.21, 12:01
Martda 14 gün iş olmayacaq 01.03.21, 10:04
Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb 01.03.21, 09:21
Baş naziri və ailəsi ölümlə təhdid edildi 01.03.21, 09:07
Rusiya yeganə ölkədir ki, ABŞ-ı məhv edə bilər - Nİ 01.03.21, 08:58
Ərəbistandan daha bir vəhşilik-Bir ailənin 5 üzvü şəhid oldu 28.02.21, 12:36
Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu 28.02.21, 11:17
Yəmən ordusu Məarib şəhərinin 7 km-də 28.02.21, 11:07
Dəməşqdən BMT TŞ-yə: Təcili ABŞ-ı dayandırın! 28.02.21, 11:05
ABŞ-a təhdid: Oxşar formada cavab verəcəyik! 28.02.21, 11:03
Husilər bu şəhəri ballistik raketlərlə vurdu 28.02.21, 10:58
Azərbaycanlı iş adamı itkin düşdü 27.02.21, 11:57
İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı - FOTO 27.02.21, 11:29
Əgər əmr verilsə, 24 saat ərzində... - Salehi 27.02.21, 11:26
İşğalçı İsrail gəmisində partlayış baş verdi 26.02.21, 12:28
Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu 25.02.21, 10:45
Müqəddəs Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək 25.02.21, 10:20
Xəzərin sahili dondu 25.02.21, 10:19
Maduro: Venesuela heç vaxt AB ilə dialoqa getməyəcək 25.02.21, 10:12
Moskva metrosunu partlatmaq istəyən şəxs yaxalandı 25.02.21, 09:43
Dünyada 2,5 milyon insan koronadan öldü 25.02.21, 09:28
Putinin qələbəsi: Avropa üçün keçilməz maneə... 25.02.21, 09:01
İranın elmi rütbəsi regionda 1-ci yerə yüksəlib 24.02.21, 09:28
Bakıda 36 yaşlı kişi özünü bıçaqladı 24.02.21, 09:23
Britaniyada son sutkada 548 nəfər koronavirusdan həyatını itirdi 24.02.21, 09:18
Bakıda bir evdə tapılan 5 gəncin ölüm səbəbi - Rəsmi 24.02.21, 08:54
Rusiya ən güclü gəmisini Norveç sərhədinə göndərdi 24.02.21, 08:53
Daha bir müharibə iştirakçısı özünə qəsd etdi 23.02.21, 11:54
Azərbaycanda qazi intihar etdi 23.02.21, 10:55
ABŞ səfirliyinin yerləşdiyi bölgə raket atəşinə tutuldu 23.02.21, 09:43
Yəmən ordusu yeni ərazilər işğaldan azad etdi 23.02.21, 09:33
Duada açar əməllər 20.02.21, 16:21
ABŞ-da koronadan ölənlərin sayı yarım milyonu ötdü 20.02.21, 16:14
MAQATE rəhbəri İrana gəldi 20.02.21, 16:10
İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi 17.02.21, 12:14
ABŞ: Rusiya NATO üçün təhdiddir 17.02.21, 12:13
Seyid Həsən Nəsrullah: İsrail savaş başlatsa... 17.02.21, 10:41
Mingəçevirdə qadın özünü Kürə atdı 17.02.21, 10:20
13 türkiyəlini öldürən kürdün kimliyi açıqlandı 17.02.21, 10:16
İran yeni "ağıllı" raketinin sınağını keçirdi 17.02.21, 10:00
Qaradağlı faciəsindən 29 il ötür 17.02.21, 09:58
ABŞ-da odlu silahların daşınması... 17.02.21, 09:55
Kataloniyada kütləvi iğtişaşlar başladı 16.02.21, 09:45
ABŞ aviabazası raket atəşinə tutuldu 16.02.21, 09:43
Daha bir hərbçimizin şəhid xəbəri gəldi 16.02.21, 09:42
İran nüvə protokolundan bu tarixdə çıxacaq... 16.02.21, 09:11
Ərdoğan Amerikanın PKK-nı dəstəkləməsini pislədi 14.02.21, 09:14
Rəcəb ayının orucu haqqında heyrətləndirici savab 11.02.21, 09:06
Yəmən ordusu Ərəbistan qırıcılarının saxlandığı yuvanı vurub 10.02.21, 12:41
İnsanların ən pisi kimdir? 10.02.21, 12:22
İranda İslam İnqilabının 42-ci il dönümü qeyd edilir - Fotolar 09.02.21, 10:23
Votsapda yeni funksiya yaradılır 09.02.21, 10:10
Rəcəb ayı yaxınlaşır-Dai mələkin nidası 08.02.21, 10:00
Zərif Baydenin cavabını verdi: Təkrar... 08.02.21, 09:42
Cəbrayılda 3 nəfər minaya düşdü: 1-nin cəsədi tapıldı 08.02.21, 09:39
General: Rusiya proqramı bitirir, ABŞ isə bərbad gündədir 08.02.21, 09:22
Yəməndə 4 ərəbistanlı zabit məhv edilib 07.02.21, 11:48
Trampın son günləri ABŞ-a yarım milyarda başa gəlib 07.02.21, 10:08
4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəldi 07.02.21, 09:59
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 07.02.21, 09:54
Salyanda ana doğuşdan sonra ölüb 07.02.21, 09:41
Baydendən Trampa qadağa: ABŞ tarixində bir ilk... 07.02.21, 09:37
BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - NYT 07.02.21, 09:32
Ayətullah Məhəmməd Cavad Lənkərani: Hüzuri-qəlbin maneələri 06.02.21, 10:08
Bakıda 23 yaşlı gənc bıçaqlandı 06.02.21, 10:03
Bayden: “36 milyon amerikalı aclıqdan əziyyət çəkir” 06.02.21, 09:57
ABŞ-da COVID-19:ölənlərin sayı 455 mini ötüb 06.02.21, 09:39
İsveçrədə 6 nəfər peyvənddən öldü 06.02.21, 09:34
Üç ölkənin səfirləri buna görə Rusiyadan qovuldu 06.02.21, 09:16
Türküstani terror qrupunun 15 üzvü məhv edilib 04.02.21, 10:29
“Ağlı başında olan heç bir general bizimlə...” - Anatoli Antanov 04.02.21, 09:31
Fransada naməlum şəxs maşını insanların üzərinə sürdü 04.02.21, 09:29
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi - Foto 04.02.21, 09:27
Pentaqon rəhbəri Trampın adamlarını işdən çıxardır 04.02.21, 09:26
İslam İnqilabının elmi baxımdan nailiyyətləri 04.02.21, 09:14
ABŞ-da 460 min insan koronadan öldü 03.02.21, 11:33
Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür 02.02.21, 10:21
Bakıda parkda gənc naməlum şəxs tərəfindən bıçaqlanıb 02.02.21, 10:04
FIFA prezidenti:"DÇ-2022 azarkeşlərlə keçiriləcək" 02.02.21, 09:48
Daha bir baş həkim koronadan vəfat etdi 02.02.21, 09:46
Sülhməramlıların yardımı ilə hərbçilərimiz sərbəst buraxıldı 02.02.21, 09:43
ABŞ və Rusiyanın döyüş meydanına çevrilirik 01.02.21, 10:00
Portağal 01.02.21, 09:55
Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi 01.02.21, 09:50
Bakı sakini ürəyindən bıçaqlanıb 01.02.21, 09:48
"WhatsApp"dan növbəti yenilik 01.02.21, 09:37
Myanmada müsəlmanları qətliam edən Prezident saxlanıldı 01.02.21, 09:28
Türkiyədə maşınlar sel suları altında qaldı 01.02.21, 09:25
Əsəbləri sakitləşdirən "İbn Sina möcüzəsi" 01.02.21, 09:21
İşğalçı İsrailin PUA-sı ələ keçirildi 01.02.21, 09:02
ABŞ-da vətəndaş müharibəsi hazırlığı