Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2021

Məsud Barzani: Ərbilin köməyinə ilk olaraq İran gəldi - Video

İraq Kürdüstanı Regional Hökumətinin sabiq başçısı və Kürdüstan Demokratik Partiyasının sədri Məsud Barzani müsahibəsində İranın İŞİD-ə qarşı mübarizədə roluna toxunaraq deyib: “İki helikopter və silahla Ərbilin fəryadına ilk yetişən İran qüvvələri idi.”

Müsahibədən bir hissəsini təqdim edirik:

Aparıcı: İlk dəfə hücum başladıqda siz İrana təşəkkür etdiniz və onların sizə ilk yardım göstərən qüvvələri olmasına görə minnətdarlıq bildirdiniz. İran sizə hansı köməyi göstərdi və sizin onlara təşəkkürünüzün səbəbi nə idi?

Barzani: Mən həqiqəti deməliyəm. Hücuma məruz qaldığımız ilk gecə iranlılar iki helikopter və silahla bizim köməyimizə gəldilər. O vaxt bu bizim üçün çox böyük dəstək, dayaq idi.

Aparıcı: Başqa yerdən sizə köməyə gəlmədilər?

Barzani: Başqalarından qabaq gəldilər. Başqaları da köməyə gəldilər, lakin Ərbilə köməyə gələn ilk qüvvələr İranın idi.




530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
01.02.21, 10:00
Portağal
Go to TOP