Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2021

Dohadan Abu Dabiyə sərt cavab: Bizim İranla münasibətlərimiz alidir

Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Birləşmiş Ərəb Əmirliklərinin istəyinə cavab olaraq bu ölkənin İranla münasibətlərinin ali səviyyədə olduğunu bildirib.

“Rusiya əl-Yəvm”-in verdiyi xəbərə görə, Qətər XİN-nin mətbuat katibi Lölö Xatir ölkəsinin İran və Türkiyə ilə münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb.
L. Xatir BƏƏ-nin müdaxilə xarakterli istəyinə, Dohanı Tehran və Ankara ilə münasibətlərə yenidən baxmağa çağırmasına cavab olaraq bu sözü deyib.

Mətbuat katibi deyib: “Fars körfəzi bölgəsində yaranmış böhranda bizim yanımızda dayanan ölkələrə təşəkkürümüzü bildiririk.”

O qeyd edib ki, Qətər BƏƏ ilə bu barədə heç bir danışıq aparmayıb və biz belə bir mövzunu Ərəbistanla araşdırmışıq. Bu müzakirələrdə də heç bir ölkənin xarici siyasəti haqda söhbət olunmayıb, əksinə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə təkid olunub.

L. Xatir açıqlamasının davamında deyib: “Fars körfəzi ölkələri arasında İranla ən çox ticarət əlaqəsi olan ölkə BƏƏ-dir. Bu mövzu razılaşma əldə etmək üçün ən yaxşı şərait və zəminədir.”
Qeyd edək ki, BƏƏ xarici işlər naziri Ənvər Qarqaş Qətəri İran və Türkiyə ilə münasibətlərinə yenidən baxmağa çağırmışdı.


640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP