Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2021

Suriyaya müdaxilə Türkiyəni çalxalayır: Ağbabadan Ərdoğana sərt sözlər

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədr müavini və siyasətçi Vəli Ağbaba deyib ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriyada aşkar və təhlükəli müdaxilələri ilə ciddi səhvlərə yol verib.

“SANA”-nın bildirdiyinə görə, V. Ağbaba şənbə günü parlamentdəki çıxışında deyib: “Ərdoğan Suriya və İraqda axan qanlara görə məsuliyyət daşıyır. Ərdoğanın Suriyada aşkar və təhlükəli müdaxilələri ölkəyə mənfi təsir qoymuşdur və bu müdaxilələr Suriyada dağıntılara səbəb olmuşdur.”

Sədr müavini xəbərdarlıq edib ki, Ərdoğanın müdaxilələri birbaşa və dolayısı ilə Türkiyənin məhvinə gətirib çıxaracaq, Suriya qaçqınları böhranı Ərdoğan rejiminin Suriyanın işlərində müdaxiləsinin birbaşa nəticələrindən biridir.

Bundan əvvəl Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış da bu ölkədə yaranmış problemlərin səbəbi kimi Ərdoğanın terrorçulara, xüsusilə də Suriyadakı terrorçulara dəstək verməsini görmüşdü, bu məsələdən Suriya əhalisinin əzab çəkdiyini bildirmişdi.

Ötən ay Ankara Ali Cinayət Məhkəməsindən ifşa edilmiş sənədlər sübut edir ki, Ərdoğan İŞİD terror təşkilatını silahlala təmin etməsinə aid, habelə İraq və Suriyada terror təşkilatları ilə əlaqəsini göstərən fakt və sübutları məhv etməyə təlaş edib.


3228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP