Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2021

ABŞ-da hərbçilər antifriz içib zəhərləniblər

ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.

Sputnik xəbər verir ki, hərbçilər sözügedən maddəni içərək zəhərləniblər.

“CBS News”a görə, hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.

Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı “William Beaumont” Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağandır. Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.


597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP