Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2021

“Ağlı başında olan heç bir general bizimlə...” - Anatoli Antanov

Ağlı başında olan heç bir ABŞ generalı Moskva ilə nüvə müharibəsi haqqında düşünməz.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antanov deyib.

ABŞ ilə Rusiya arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START müqaviləsinin uzadılmasından sonra səfir Antanov razılaşmanın detalları haqqında danışaraq deyib ki, qarşılıqlı nəzarət əvvəlki anlaşma mərhələsi kimi davam edəcək.

Diplomat əlavə edib ki, tərəflər diplomatik təmaslarla bağlı addım atıb: “Prezidentlər arasında ilk təmas baş verib. Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Antoni Blinken arasında da təmas olması gözləniləndir. Yaxın zamanlarda iqtisadiyyat nazirləri çərçivəsində görüş planlaşdırılır”.

Razılaşmanın uzadılmasında çətinliklər olduğunu xatırladan səfir vurğulayıb ki, razılaşmanın qorunması və uzadılması ilə bağlı ABŞ-dakı bəzi siyasətçilərin bizi sürüklədiyi uçurumdan uzaqlaşacağımıza əminik: “Ağlı başında olan heç bir ABŞ generalı Moskva ilə genişmiqyaslı nüvə müharibəsini düşünməz. Qənaətimcə, bu düşüncə yalnız sağlam olmayan siyasətçilərin ağlında dolaşır”.


720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP