Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2021

Trampın son günləri ABŞ-a yarım milyarda başa gəlib

Donald Trampın seçki saxtakarlığı, 6 yanvar tarixində Kapitoli ərazisindəki iğtişaşlarla bağlı açıqlamaları ABŞ vergi ödəyicilərinə ümumilikdə 519 milyon dollara başa gəlib.

Bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Həmçinin xüsusilə bildirilib ki, yeni qarışıqlıq təhlükəsi səbəbindən Milli Qvardiya əsgərlərinin Vaşinqtona yerləşdirilməsi üçün 480 milyon dollardan çox pul istifadə edilib. Dövlət 20 yanvar tarixində keçirilmiş andiçmə günü ərəfəsində təhlükəsizlik tədbirləri üçün təxminən 28 milyon dollar xərcləyib. Bundan öncə 2,2 milyon dollar məhkəmə çəkişməsinə və seçki nümayəndələrinin qorunmasına ayrılıb.


1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP