Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2021

ABŞ-da odlu silahların daşınması...

ABŞ odlu silahlar üzərində nəzarət prezident Co Bayden üçün prioritet təşkil edən məsələdir.

Bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Bu administrasiya növbəti kütləvi atışmanı gözləməyəcək. Biz elə qərarlar qəbul etmək istəyirik ki, silahla zorakılıq epidemiyasına son qoysun və məktəbləri və icmaları daha təhlükəsiz etsin”, - deyə Psaki bildirib.

Qeyd edək ki, son günlər ABŞ-ın müxtəlif ştatlarında odlu silahlarla törədilən cinayətlərin sayı artıb. Bu kimi hadisələr ABŞ hökumətini odlu silahların daşınması, saxlanılması və alqı-satqısı ilə bağlı qanunvericiliyə yenidən baxmağa sövq edir.


1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP