Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2021

Əbdülməlik əl-Husi: Məaribdə savaşımız təcavüzkarları qovmaq üçündür

Yəmən Ənsarullah Hərəkatının sədri Seyid Əbdülməlik əl-Husi deyib: “Yəmən xalqı Ərəbistan, BƏƏ, Amerika və sionist rejiminin hakimiyyəti altına getməyəcək.”
Rəcəb ayının ilk cümə günü münasibətilə çıxış edən Ənsarullah lideri deyib: “Biz Ərəbistan, BƏƏ, Amerika, İsrail və hər hansı digər rejimin hakimiyyəti altına düşmək istəmirik. Biz azadıq və iman kimliyimiz bizdən tələb edir ki, öz istiqlalımızı həyata keçirmək üçün səy edək.”
Yəmənlilər hər il Rəcəb ayının ilk cümə gününü bayram keçirirlər. Bunun səbəbi onların həmin gün Rəsuli-əkrəmin (s) elçisi həzrət Əlinin (ə) dəvətini qəbul edərək İslamı qəbul etmələri və İmam Əlinin (ə) imaməti ilə ilk cümə namazı qılmalarıdır.
Məaribdə baş verən cəbhə hadisələrinə də toxunan Əbdülməlik əl-Husi deyib: “Məarib, Cəvf, Beyda, Təiz, qərb sahili və bütün bölgələrdə bizim savaşımız xalqımıza qarşı maharibəyə qalxmış təcavüzkarlara qarşıdır. ”


1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP