Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2021

İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini XTQ giziri Babək Səhman oğlu Namazovdan gedir.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!


1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP