Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2021

Yəmən ordusu yeni ərazilər işğaldan azad etdi

Yəmən ordusu və xalq komitələri Məaribin qərbində yeni əraziləri işğaldan azad edib.
“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, bu gün Yəmən ordusu və xalq komitələri qüvvələri Məarib əyalətinin qərbində irəliləyib.
Bir sıra xəbər mənbələrinin “Əl-Məyadin”-ə bildirdiyinə görə, ordu qüvvələri təcavüzkar Ərəbistan koalisiyasına aid qüvvələrlə döyüşdükdən sonra Məaribin qərbində Tələtul-humra bölgəsini işğaldan azad ediblər.
Habelə, bu bölgənin ətrafında da nəzarəti ələ alıblar.
Məarib əyaləti Yəmənin mərkəzində və bu ölkənin paytaxtı Sənanın şərqində yerləşir. Bu əyalətdə çoxlu neft və qaz ehtiyatları mövcud olduğundan çox əhəmiyyətli sayılır.
Məaribin işğaldan azad edilməsi işğalçı Ərəbistan koalisyası və istefa verərək ölkədən qaçmış Mənsur Hadiyə bağlı qüvvələrə ağır zərbə olacaq.
Xəbər mənbələri həmçinin Yəmən ordusu və xalq komitələrinin Məarib şəhərinin şərqi və Əl-Vədiə keçid məntəqəsinə tərəf irəlilədiyini bildiriblər.
Əl-Vədiə Həzərmut əyalətində yerləşir və Ərəbistanın cənubunda Şərurə əyaləti ilə həmsərhəddir və iki ölkə arasında tək keçid məntəqəsi sayılır. Bu keçid məntəqəsini Ərəbistan işğal etmişdir və çox vaxt onu bağlayır.


825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP