Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2021

Yəmən ordusu təcavüzkar Ərəbistan koalisiyasının iclasını raketlə vurdu

Yəmən ordusu və xalq komitələri təcavüzkar Ərəbistan-BƏƏ koalisiyasının komandir və zabitlərinin Məaribdə toplantısını raketlə vurub. Bir neçə komandir və zabit ölüb.
Yəmən hərbi mənbələrin “Əl-Məyadin” televiziya kanalına verdiyi xəbərə görə, bu toplantı Məaribdə 3-cü hərbi məntəqədə keçirilirmiş və bir raket vasitəsilə hədəfə alınıb.
Raket zərbəsi çox dəqiq olub və təcavüzkar koalisiyanın bir neçə komandir və zabitinin məhvinə səbəb olub.
Ölənlərin sayı haqda dəqiq məlumat yayılmayıb.
Hərbi mənbə Yəmən ordusu və xalq komitələrinin təcavüzkar koalisiya qüvvələrinin Əz-Zur və Səravih bölgələrinə hücumunu da dəf etdiyini, bu hadisədə təcavüzkarların bir neçə hərbi avtomobili və bir neçə canlı qüvvəsi məhv edildiyini bildirib.
Habelə yəmənli qüvvələr Məarib və Cəvf əyalətləri arasında yerləşən Cədafir bölgəsini də düşməndən təmizləyib.


1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP