Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2021

Azərbaycanlı iş adamı itkin düşdü

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı, 1971-ci il təvəllüdlü Kərəm Eyvaz oğlu Kərimov itkin düşüb.

K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.


880 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP