Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2021

Əl-Əxbar: Riyad Məaribin azad olunmasına mane olmaq üçün yəmənli köçkünləri bombalayır

Ərəbistan-BƏƏ təcavüzkar koalisiyası Məaribin azad edilməsinin qarşısını almaq məqsədilə qaçqın düşərgələrini bombalayır.
Yəmən Milli Qurtuluş Hökuməti bir daha BMT-dən istəyib ki, Ərəbistan-BƏƏ təcavüzkar koalisiyasının Yəmən əhalisinin canı ilə oynamasına və onların problemləri üzərində alver etməsinə son qoysun.
Səna hökuməti vurğulayıb ki, Məarib əyalətndə yerləşmiş köçkünlər üçün təhlükəsiz dəhliz açılmalıdır, çünki təcavüzkar Ərəbistan koalisiyası bu köçkünlərin düşərgələrini bombalayır.
Ərəbistan koalisiyası dünən Mənsur Hadinin başçılıq etdiyi silahlılar vasitəsilə Məaribin cənubunda döyüş getməyən, təhlükəsiz sayılan Rəhbə və Əbdiyyə şəhərlərinə hücum edib.
“Əl-Əxbar” qəzeti yazıb ki, Ərəbistan-BƏƏ qırıcıları Məarib Su Anbarı ətrafında yerləşən Hiyal və Səvabin qaçqın düşərgələrini şiddətli bombalayıb. Ərəbistan koalisiyası bu vasitə ilə Maaribin işğaldan azad olunmasının qarşısını almaq istəyir.
Qəzet bildirib ki, bu bombardman nəticəsində köçkünlərin çoxu bölgəni tərk etməyə məcbur olub. Yerli mənbələrin verdiyi xəbərə görə, yüzlərlə ailə bu düşərgəni tərk etdi.
Qeyd edək ki, Ərəbistan işğalçı koalisiyası bundan əvvəl də dəfələrlə qaçqın düşərgələrini bombalamış, çoxlu sayda günahsız insanların qətlinə səbəb olmuşdur. İnsan haqlarını müdafiə etdiyini bayraq etməklə dünyada böyük siyasətlərə qatılan beynəlxalq təşkilatlar isə Ərəbistanın bu vəhşiliyi qarşısında susmuşdur.


965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP