Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2021

İraq müqavimət qüvvələri işğalçıların ölkədən çıxarılması üçün silahlı mübarizənin başladığını elan etdilər

İraq müqavimət qüvvələrinin əlaqələndirici heyəti bəyanatında təkid edib ki, müqavimətin əməliyyatı işğalçı qüvvələr və onların bazalarına qarışı olub və olacaq, lakin diplomatik nümayəndəliklər hədəfə alınmayacaq.
İraq KİV-lərinin verdiyi xəbərə görə, İraq müqavimət qüvvələrinin əlaqələndirici heyəti cümə axşamı bəyanat yayaraq elan edib ki, müqavimət qrupları işğalçıların ölkədən çıxarılması üçün yeni müqavimət mərhələsinə başlayır və bu mərhələdə onların silahları Vətən torpağının hər yerində işğalçı qüvvələrə və onların bazalarına qarşı tuşlanıb. Müqavimətin bu hərəkəti dini və milli haqqa, xalq dəstəyinə söykənir.

Bəyanatda əlavə edilir: “İraq müqaviməti iraqlı bir qərardır və onun seçilməsi İraq xalqının seçimidir, beləliklə İraqın işğalçılardan azad edilməsi həmin seçimlə hər bir şəraitdə və hər bir qiymətlə olursa-olsun, davam edəcək.”

Bəyanatda vurğulanır: “Aydındır ki, hər hansı bir tərəf müqavimətin yoluna, onun işğalçılara qarşı və onların qovulmasına dair həmişəki mübarizəsinə mane olmaq istəsə, muzdur xəyanətkar, ya zəlil, qorxaq və təslim hesab olunacaq. Müqavimət bu haqqı özü üçün qoruyur, üstəlik öz vəzifəsi bilir ki, bu kimi tərəflərə diqqət etməsin, hətta onların müqavimət əleyhinə hərəkətlərinin qarşısını alsın.”

Bəyanata görə, müqavimət qüvvələri bu vaxta kimi işğalçıların ölkədən çıxarılması üçün digər vasitələrin nəticəsiz qaldığını gördükdən sonra İraqın azadlıq, şərəf və izzətinin təzmini kimi yalnız mübarizə yolunu seçirlər.

Qeyd edək ki, bir il bundan əvvəl İraq Parlamenti xarici qüvvələrin ölkədən dərhal çıxması haqda qərar qəbul edib, lakin Amerika və digər işğalçı qüvvələr hələ də bu ölkəni tərk etməyiblər.


740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP