Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2021

ABŞ Şimali Koreya ilə əlaqə qura bilmir

ABŞ cari ilin fevral ayının ortalarından bəri müxtəlif kanallar vasitəsi ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoq qurmağa çalışsa da, hələ bir cavab almayıb.

Report xəbər verir ki, bunu Ağ Evdəki mənbə “CNN”ə bilidirib.

Fevral ayının əvvəlində Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, prezident Co Bayden milli təhlükəsizlik komandasından bütün istiqamətlərdə Pxenyana qarşı siyasətə yenidən baxılmasını xahiş edib.

Qeyd olunub ki, hətta ABŞ-ın BMT vasitəsi ilə Şimali Koreya ilə diplomatik əlaqə qurmaq istəyi nəticəsiz qalıb.


624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP