Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2021

Yəmən ordusu Məaribdə irəliləyir

“Əl-Məyadin” telekanalı Yəmən ordusunun Məarib cəbhəsində irəlilədiyini xəbər verib.
Telakanal Yəmən ordusunun Məarib əyalətinin bir sıra cəbhələrində irəlilədiyini, təcavüzkar Ərəbistan koalisiyasına aid qüvvələrdən bir neçəsini əsir götürdüyünü bildirib.
Hərbi mənbənin “Əl-Məyadin”-ə açıqlamasına görə, Yəmən qüvvələri bu ölkə torpaqlarının tam azad olmasına qədər döyüşləri davam etdirəcəklər. Mənbə həmçinin Məaribdə cinayətkar Ərəbistanın vədlərinə aldanmış silahlılara çağırış edərək onları ümumi əfvdən faydalanmağa və vətənin ağuşuna qayıtmağa dəvət edib.
Yəmən ordusunun son günlərdəki irəliləyişləri təcavüzkar Ərəbistan koalisiyasının bərk narahatlığına səbəb olub.


618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP