Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2021

Rusiyanın ABŞ-a cavabı...

Rusiya XİN rəhbəri Sergey Lavrov Amerikaya məxsus orta mənzilli raketlərin Yaponiyada yerləşdirilməsini Rusiya üçün ciddi təhlükə hesab edir.

Bu barədə Yaponiyanın “Yomiuri Simbun" qəzeti məqalə dərc edib.

Qəzet yazır ki, Lavrov 12 mart tarixində səsləndirdiyi “Əgər Birləşmiş Ştatlar Yaponiya ərazisində orta mənzilli raketləri yerləşdirərsə, bu hərəkətlərə şübhəsiz ki, bizim adekvat cavabımız olacaq" sözləri ilə Yaponiyaya müvafiq cavab tədbirləri barədə xəbərdarlıq edib.

“Beləliklə, ABŞ-ın bu hərəkətləri qlobal və regional sabitliyin ciddi şəkildə pozulması faktorlarından birinə çevrilə bilər. Rusiyalı nazir isə ABŞ-ın qarşısını almaq cəhdlərini nümayiş etdirib. Rusiyanın cavab addımlarına gəlincə, güman etmək olar ki, bu addımlar Rusiyanın Uzaq Şərq ərazisində yeni yerüstü raketlərin yerləşdirilməsi ilə bağlı ola bilər”, - materialda qeyd olunub.


599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP