Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2021

Netanyahu BƏƏ-yə səfərinin 4-cü dəfə ardıcıl ləğvinin səbəbini açıqlayıb

Sionist rejiminin baş naziri Benyamin Netanyahu deyib ki, Ərəbistan səmasında raket atılması və İordaniyanın öz hava məkanından istifadə etməyə icazə verməməsi onun təyyarəsinin BƏƏ hava məkanından keçə bilməməsinə səbəb olub.

Netanyahu ötən həftə İordaniya hava məkanından keçərək Birləşmiş Ərəb Əmirliklərinə səfər etməli idi. Lakin sionist rejimi və İordaniya arasında Məscidül-Əqsa məsələsi üzərində yaranmış yeni fikir ayrılığı üzündən bu ölkə üzərindən keçib getməsi baş tutmadı.

“Associated Press”-in verdiyi xəbərə görə, 13-cü kanala müsahibə verən Netanyahu “nə üçün alternativ hava məkanından, yəni Ərəbistanın səmasından istifadə edilmədi” sualını cavablandırarkən deyib: “Bir həftə öncə Səudiyyə Ərəbistanının da hava məkanında problem yarandı”. Beləliklə o, ötən həftə yəmənli qüvvələrin Ərəbistanın Dammam bölgəsində neft təsisatlarına hücum etməsinə toxunub.
O əlavə edib: “Təfərrüata daxil olmaq istəmirəm. İordaniya “İsraillə” münasibət qurmağa ən azından bizim qədər ehtiyaclıdır.”

“Ynet” İnformasiya Mərkəzinin yazdığına görə, Ərəbistan hava məkanı vasitəsilə İsrail-Abu Dabi birbaşa təyyarə uçuş xəttinin açılmasından 6 ay ötür. Netanyahunun helikopteri Ben-Qurion aeroportundan Omana, oradan da xüsusi lüks təyyarə ilə Abu Dabiyə uçmalı idi. Lakin cümə axşamı İordaniya Netanyahunun təyyarəsinin bu ölkənin hava məkanından keçməsinə icazə vermədiyi üçün səfər ləğv oldu.
Bu barədə İordaniyanın xarici işlər naziri Əymən əl-Səfdi deyib: “İordaniya Netanyahunun bu ölkənin hava məkanından istifadə edərək BƏƏ-yə getməsinə icazə verməyib.”

“Associated Press” bildirib ki, Netanyahu “İsrail”də knesset seçkilərinə iki həftədən az qalmış bir vaxtda bu ölkəyə səfər edə biləcəyinə və öz seçki mübarizələrini gücləndirmək üçün BƏƏ vəliəhdi ilə görüşəcəyinə ümid edirdi.


593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP