Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2021

BƏƏ-nin Kərbəlada terror planı ifşa edildi

Kərbəla valisinin müavini Birləşmiş Ərəb Əmirliklərinin Kərbəla əyalətində təhlükəli terror, itaətsizlik və infrastrukturların dağıdılması planının təfərrüatlarını açıqlayıb.

“Əl-Əhd” televiziya kanalına müsahibə verən Əli əl-Məyali deyib: “Amerika vətəndaşı olan bir nəfər Türkiyə və BƏƏ-də bir neçə dəfə təlimatlandıqdan sonra Kərbəla əyalətində itaətsizlik planını işə salmışdı. Terror planını isə (Səddam rejiminə aid) sabiq zabitlər Saleh Yusif Sayil və Hüseyn Zəğir hazırlayıbmış.”
Vali müavini əlavə edib: “Müttəhəmlər itaətsizlik və çevriliş planının icrası üçün BƏƏ-də bir sıra şəxslərlə əlaqə saxlayıblar. Onlardan biri etiraf edib ki, çevrilişdən sonra ona müdafiə naziri vəzifəsi veriləcəyi vəd edilibmiş. Casusluqda ittiham olunmasına baxmayaraq Bağdad hökuməti vəsiqə qarşılığında onu azad edib.”
Əl-Məyali vurğulayıb ki, terror planları BƏƏ-də yaşayan fərd tərəfindən himayə olunub. Bu plan İranın baş konsulunu, Kərbəla valisi və onun müavinini terror etmək olub.

Vali müavini Bağdad hökumətindən casusun vəsiqə qarşılığında azad edilməsinin arxasında dayananları ifşa etməyə çağırıb.
Əl-Məyali bildirib ki, Əl-Səqur kəşfiyyat bölməsi Hüseyn Zəğir və Livan-Amerika ikili vətəndaşlığı olan digər bir şəxs arasında baş tutmuş əlaqələrə aid sənədlərə və səs yazılarına malikdir. O, həmçinin qeyd edib ki, H. Zəğirə tapşırılmış digər bir iş isə Kərbəlanın sabiq valisini terror etmək üçün lazım olan məlumatları toplamaq olub.

Verlişin qonağı olan sabiq vali də BƏƏ və Ərbildən İraqın məhv edilməsi və dağıdılmasına aid planların yönəldiyini vurğulayaraq deyib: “İraq hökuməti bölgə ölkələrinin bütün məkirli planları qarşısında sükut edib. BƏƏ İraqda baş verən aksiyalarda nüfuz edəcək adamlar toplayır və onlar üçün pullar xərcləyir.”


604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP