Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2021

Qadınların gözəl qalması üçün həzrət İsanın (ə) tövsiyəsi

İmam Əli (ə) buyurur ki, Rəsuli-əkrəm (s) buyurdu: Qardaşım İsa (ə) bir şəhərdən keçirdi. O şəhərdə bir kişi və bir qadın fəryad edirdi.

Həzrət onlara dedi: - Sizə nə olub? Nə üçün fəryad edirsiniz?
Kişi dedi: - Ey Allahın peyğəmbəri! Bu qadın mənim həyat yoldaşımdır. Mən ondan heç bir pislik görməmişəm. O əməli-saleh bir qadındır. Bununla belə, mən ondan ayrılmaq istəyirəm.
Həzrət İsa (ə) dedi: - Bəs onun nöqsanı nədir, nə üçün ayrılmaq istəyirsən?
Kişi dedi: - O qocalmamış, üzü qırışıb və qocaya oxşayır.

Həzrət o qadın dedi: - Üzünün gözəl və təravətli qalmasını istəyirənmi?
Qadın “bəli” deyə cavab verdi.
Həzrət ona tövsiyə edib dedi: - Yemək yedikdə doymamış ondan əl çək. Çünki yemək qarın və mədədə çox olduqda üzün təravət və şənliyini aparır.
Qadın bu tövsiyəyə əməl etdi və onun üzünün təravəti qayıtdı.

Şeyx Səduq, “İləluş-şəraye”, c. 2, səh. 590.


625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP